İsrail fələstinli uşaqların qətliamını artırıb – DƏHŞƏTLİ STATİSTİKA

İsrail ordusunun Qəzza sektorunda qətlə yetirdiyi 5 yaşadək olan uşaqların sayı 10 dəfə artıb.

Buna “Sərhədsiz həkimlər” təşkilatının məlumatları dəlalət edir.

Hesabatda qeyd olunur ki, İsrail hərbçilərinin öldürdüyü 1 aylığadək olan qəzzalı körpələrin sayı isə 6 dəfə artıb.

Bildirilir ki, İsrailin Qəzza sektorunda qətlə yetirdiyi günahsız fələstinlilərin 48%-ni uşaqlar təşkil edir (təxminən 27 686 nəfər).  Həmin uşaqların 40 faizi isə 10 yaşadək olan uşaqlardır (təxminən 11 074 nəfər).

Qəzza sektorunun Səhiyyə Nazirliyi ən son məlumatına əsasən, İsrail tərəfindən 2023-cü il 7 oktyabrdan bəri 57 680 nəfər Qəzza sakini qətlə yetirilib, 137 409 nəfər isə yaralanıb.