Amnesty İnternational:"Tofiq Yaqublunun həyatı təhlükədədir"

Mərkəzi qərargahı Londonda yerləşən Amnesty İnternational beynəlxalq insan hüquqları təşkilatı Tofiq Yaqublunun dərhal azad edilməsi tələbi ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir"
"Haqsız yerə həbsdə olan azərbaycanlı müxalifətçi Tofiq Yaqublunun həyatının ciddi risk altında olduğu bildirilir. Vəkilinin sözlərinə görə, davam edən aclıq aksiyası və tibbi yardım göstərilməməsi nəticəsində onun səhhəti kəskin şəkildə pisləşib.
tələb edir. Onun ailəsi qorxur ki, illərlə davam edən təqiblər, əsassız həbslər və pis rəftara məruz qaldıqdan sonra onun vəziyyəti tezliklə geri dönməz ola bilər. Tofiq Yaqublu dərhal və qeyd-şərtsiz azad edilməli və təcili olaraq müvafiq, müstəqil tibbi müalicə almağa imkan verilməlidir".