Qarabağ Qazisi Namiq Şirinova hökm oxunub

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının daha bir üzvünə hökm oxuyub. Məhkəmədə inanclı Namiq Şirinov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.

Məhkəmə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Hakim ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Namiq Şirinovu 3 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, II Qarabağ Müharibəsi Qazisi Şirinov Namiq Hacıalı oğlu 2024-cü ilin 26 iyun tarixində saxlanılıb. İnanclı saxta narkotiklərlə bağlı ittiham olunub.