500 nəfər Quran hafizi yetişdirəcək məktəb açıldı

Misirdə hər il 100 nəfər hafizi-Quran yetişdirəcək bir məktəb açılıb.

Bu barədə Misir Vəqflər Nazirliyinin rəsmisi Şeyx Həsən Məhəmməd Əbdül-Bəsir Arəfə məlumat verib.

Sözügedən layihə 5 il boyunca davam edəcək və ümumilikdə 500 nəfər Quran hafizinin yetişdirilməsi planlaşdırılır.

Layihənin məqsədlərindən biri də gənc nəslin Qurani-Kərim və onun təlimləri ilə ünsiyyətini, tanışlığını təmin etməkdir.

Bundan başqa, hər ilin sonunda hafizlərin təqdimatı ilə bağlı tədbirlər keçiriləcək və onlar mükafatlandırılacaqlar. 5 ilin sonunda isə – hafizlərin sayı 500 nəfərə çatdıqda onları motivasiya etmək, həvəsləndirmək və dəstəkləmək məqsədilə daha böyük bir tədbir keçiriləcək.

 

 

 

Az.shafaqna.com