İraq: Koalisiya qüvvələrinin missiyası 2026-cı ilin sentyabrında başa çatacaq

Bağdadın bəyanatına görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyası 2026-cı ilin sentyabrında başa çatacaq.

Əl Hadath televiziyasına danışan İraqın Milli Təhlükəsizlik müşaviri Qasem əl-Araci bildirib ki, İraq 2026-cı ilin sentyabrında beynəlxalq koalisiya qüvvələrinin missiyasını dayandırmaq üçün Vaşinqtonla razılaşıb.

Araci, ''İraq böhranları aşdı, artıq ölkəmiz üçün heç bir təhlükə yoxdur'' deyib.

"ABŞ Suriyanın şimal-şərqindən qoşunlarını çıxarıb-çıxarmayacağı ilə bağlı məlumat paylaşmayıb", - deyə İraq rəsmisi bildirib.

İraq və ABŞ arasında yaradılan Ali Hərbi Komitənin məqsədi beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunu müəyyən vaxt ərzində dayandırmaqdır.