HTŞ terrorçuları daha üç Ələvi şeyxini qətlə yetirdilər

HTŞ terrorçuları Dəməşqi ələ keçirdikdən sonra ölkədəki ələvi-şiə əhaliyə qarşı qırğınlar həyata keçirməyə başlayıblar.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, HTŞ terrorçuları Homs-Tartus yolunda üç Ələvi şeyxini qətlə yetiriblər.

Öldürülənlər arasında Tartusun Dahr Matrou kəndindən olan Şeyx Cabir Mahmud İsa Əbu Əli və Bakkudan olan Şeyx Heysham Maalla da var.

Suriyada Milli Barışıq Təşəbbüsünün rəhbəri Şeyx Cabir İsa Tartus-Dəməşq yolunda silahlı hücum nəticəsində həyatını itirib. Şeyx Cabir İsa Tartus çölündə Dahr Batrou kəndində yaşayırdı.