Yəmən Silahlı Qüvvələri üç dəniz əməliyyatı həyata keçirib

Yəmən silahlı qüvvələrinin sözçüsü Qırmızı dəniz, Ərəbistan dənizi və Bab əl-Məndəb boğazında üç əməliyyat həyata keçirildiyini açıqlayıb.

Briqada generalı Yəhya Səri bazar ertəsi gecə Yəmən silahlı qüvvələrinin ilk əməliyyatda Ərəbistan dənizinin cənubunda iki PUA ilə "SC MONTREAL" gəmisini hədəf aldığını açıqlayıb. 

O əlavə edib: İkinci əməliyyatda “MAERSK KOWLOON” gəmisi Ərəbistan dənizində qanadlı raketlə hədəfə alınıb. 

Səri deyib: Yəmən silahlı qüvvələri həmçinin bir neçə ballistik raketlə Qırmızı dəniz və Bab əl-Məndəbdəki "MOTARO" gəmisini hədəfə alıb. 

Yəmən silahlı qüvvələrinin sözçüsü bu üç əməliyyatın uğurlu olduğunu açıqlayıb. 

O, bildirib: Bu gəmilərə hücum onların sahibi olan şirkətlər tərəfindən işğal olunmuş Fələstinin limanlarına gedişi qadağan edən qanunun pozulması səbəbindən həyata keçirilib.