MBH İranda yaşanan terror aktını qınadı

Müsəlman dünyasını bütün qüdrəti ilə od-alova çəkən qüvvələr bu məkirli planlarını durmadan davam etdirməkdədirlər. Xarabalığa çevrilən Fələstində öldürülən günahsız insanların sayı 42 minə çatınca ardınca Livan, Yəmən də dağıdıcı qüvvələrin hədəfindədir. İraqın hələ də dağıntılarının mövcud olduğu Amerikanın 2003-cü ildə qadağan olunmuş silah bəhanəsi ilə hücumunda 1 milyondan artıq insan həyatını itirdi.

2001-ci ildə Əfqanıtana hücum, 2011-ci ildə Suriyada başladılan və hələ də əminamanlığın gəlmədiyi ölkələrdə ölənlərin sayı daha dəhşətli rəqəmləri ortaya qoyur. 

Bu gün bununla da qane olmayanlar digər müsəlman ölkələrinə də eyni cəhənnəmi daşımağa ciddi cəhd göstərirlər. Pakistan, Türkiyədə terrorların ardınca oktyabrın 26-da İran İslam Respublikasının Sistan-Bəlucistan sərhəd keçid məntəqəsində "Ceyş əl-Ədl" terror qruplaşması tərəfindən həyata keçirilən terror bu məkirli planın davamıdır.  

Birmənalı olaraq terror hadisələrini qınayır və bu hadisələrə öz hiddətimizi bildiririk. Eyni halda hərəkat olaraq hadisə zamanı dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət və ailələrinə səbr diləyirik.

 

 

Müsəlman Birliyi Hərəkatı