FIFA İsraillə bağlı qərarını təxirə salıb

FIFA İsrail millisinin və klublarının beynəlxalq turnirlərdə iştirakının qadağan edilməsi ilə bağlı qərarının təxirə salındığını açıqlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Beləliklə, İsrailin kişilərdən ibarət millisi Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə biləcək. Bundan əvvəl bir neçə ölkə tərəfindən FIFA-dan Qəzzadakı əməliyyatlara görə bütün İsrail təmsilçilərinin beynəlxalq yarışlardan diskvalifikasiya olunması tələb edilmişdi.

Qeyd edək ki, Paris olimpiadasında kişilər arasında keçiriləcək futbol turnirinə iyulun 24-də start veriləcək. İsrail yığması qrupda Mali, Paraqvay və Yaponiya komandaları ilə qarşılaşacaq.