Bu gün dünyanın bir çox ölkələrində Aşura mərasimləri keçirilir. Ən böyük mərasimlər şiələrin sıx yaşadığı İran, İraq, Pakistanda da daxil Azərbaycan, Gürcüstanda qeyd olunur.
Aşura ərəb dilində 10 deməkdirki, Məhərrəm ayının 10-u Kərbəlaya gələn İmam Hüseyn (ə) öz səhabələrilə birlikdə bu gündə şəhid olublar.
Kərbəlada bir tərəfdə İmam Hüseyn (ə) və səhabələri, digər tərəfdə isə Yezidin tərəfdarları idi. Hər iki şəxs haqqında məlumatı oxuduqda hər şey məlum olur:
İmam Hüseyn (ə)
Babası İslam Peyğəmbəri Muhəmməd (s)(red: Quran İslam Peyəmbərini aləmlərə rəhmət və möminlərin rəhbəri adlandırır), atası birinci imam Həzrəti Əli (ə)(İmam Əli haqqında ayə və hədislər mövcuddur ki, Mübahilə ayəsində Quranın dililə desək, İmam Əli Peyğəmbərin özüdür), anası Həzrəti Fatimeyi Zəhra (s.ə) (Quran Zəhra (s.ə)ya Kövsər deyə tanıdır, İslam Peyğəmbəri isə “Onun razılığı ilə mən, mənim razılığım ilə Allah razı olar” deyir) qardaşı İmam Həsən (ə) (Peyğəmbərin dili ilə Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır)
Fəziləti Təthir və Mübahilə ayəsində qeyd olunur…
Səid ibn əbi Raşid Yə’la Amiridən nəql edir ki: O, Allahın Peyğəmbərinin (s) dəvət olunduğu qonaqlığa gedərkən o Həzrətlə yoldaş olub. Peyğəmbər (s) qabaqda gedirmiş və Hüseyn uşaqlarla oynamaqla məşğul imiş. Peyğəmbər (s) onu tutmaq istəyir. Amma uşaq o tərəf bu tərəfə qaçır. Peyğəmbər (s) onunla zarafat etməyə və onu güldürməyə başlayır və nəhayət Hüseyni tutur, əlinin birini onun boynunun arxasına, digərini isə çənəsinin altına qoyur, onu öpə-öpə :«Hüseyn məndəndir və mən Hüseyndənəm. Allah Hüseyni sevəni sevsin. Hüseyn nəvələrimdən biridir.» (sünni – əl-Müstədrək əla əs-səhiheyn, c.2, səh.177)
Peyğəmbər (s) buyurub: «Həqiqətən möminlərin qəlbində Hüseyn (ə)-ın gizli bir məhəbbəti vardır.»
(Xəsaisul Hüseyniyyə, səh. 48)
Yezid (l)
Yezidin babası müşriklərin liderlərindən biri olan Əbu Süfyan (sonradan dildə müsəlman oldu), atası Müaviyə (red: babası İslam Peyğəmbəri, atası İmam Əli ilə düşmən idi, hətta müharibələrdə iştirak etmişdi)
*Zəmanənin ən məlun və şərəfsizi Yezid Peyğəmbərin minbərinə çıxaraq özünü İslam xəlifəsi kimi aparırdı
*İslamla qadağan edilən ən pis və çirkin günahları aşkarda edirdi; şərab, zina, hətta atasının arvadlarından birilə zina etdiyi də qeyd olunur
*Xalqla İslam qaydaları ilə deyil, dikator və padşah qanunları ilə rəftar edirdi (red: hazırda Səudiyyədəki kimi)
*Zəmanənin İmamı, Həzrət Hüseyn onun üçün ən böyük təhlükə idi və özünə beyət etmək istəyirdi
**Yezidin hakimiyyət illərini ən gözəl dəyərləndirən şəxs İbn Cövzi olmuşdur. O, Yezid haqqında yazırdı: “Nə deyim bir adamın barəsində ki, üç il hakimiyyət sürmüş, birinci il Hüseyn ibn Əlini qətlə yetirmiş, ikinci il Mədinə əhalisini qorxudub camaatın qanını (namusunu) halal elan etmiş, üçüncü il də Allahın evini mancanaqlardan daşa tutmuşdur?” (Sibt ibn əl-Cövzi. Təzkirət əl-xəvass, səh. 291-292).
İslam Dünyası Aşuranı qeyd edir