Navalninin həyat yoldaşı üçün qiyabi həbs qərarı

Rusiyada həbsxanada dünyasını dəyişən müxalifətçi Navalninin həyat yoldaşı üçün qiyabi həbs qərarı çıxarılıb.

Yuliya Navalnaya ərinin vəfatı ilə bağlı yas saxlayır

Moskvanın Basmannı Rayon Məhkəməsi Yuliya Navalnayanın ekstremist təşkilatın üzvü olduğu əsası ilə həbs qərarının alındığını açıqlayıb.

Rusiya fevral ayında ölkənin İK-3 həbsxanasında ölən rusiyalı dissident Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnayanın həbsinə order verib.

Paytaxt Moskvanın Basmannı rayon məhkəməsi xaricdə yaşayan Navalnaya barəsində qiyabi həbs qərarı çıxarıb.

Məhkəmə bildirib ki, Navalnayanın həbsi “ekstremist təşkilatın üzvü olduğu əsası ilə” götürülüb.

Rusiya prezidenti Vladimir Putinin rəqibi olan Navalninin fevral ayında Yamalo-Nenets Muxtar Vilayətindəki həbsxanada öldüyü açıqlanıb.

Navalnaya isə ərinin ölümünə görə Putini məsul hesab edirdi.

2021-ci ilin yanvarında Almaniyadan Moskvaya qayıdan Navalni 19 il müddətinə azadlıqdan məhrum edilib.