Qırğızıstanda çevriliş cəhdinin qarşısı alındı

Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək cəhdinin qarşısını aldığını açıqlayıb.

MTN-in Mətbuat Mərkəzinin yaydığı məlumatda bildirilir ki, kütləvi iğtişaşlar yolu ilə hakimiyyəti zorakılıqla ələ keçirməyi, ölkədə ictimai-siyasi sabitliyi pozmağı planlaşdıran cinayətkar və dağıdıcı qruplaşmanın qarşısı alınıb.

İstintaq qeyd edib ki, sözügedən qrupun üzvləri “cinayətkar ideologiyanı dəstəkləyən və eyni zamanda, dini fanatik olan adamlar”dır.

Əməliyyat zamanı tutulan şəxslərin evlərində və avtomobillərində əldəqayırma partlayıcı qurğular, odlu silahlar, döyüş sursatları, radiolar, hüquq-mühafizə orqanlarının geyimləri, pilotsuz uçuş aparatları və digər qadağan olunmuş vasitələr aşkar edilib.

 

 

Az.rasthaber.com