Şotlandiya - İsveçrə matçında 2 qol vuruldu

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçı başa çatıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qarşılaşmada hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabinan Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.

Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.