Dövlət Statistika Komitəsi (DSK) 2023-cü ilin ilk dörd ayı ilə bağlı makroiqtisadi göstəriciləri açıqlayıb. Açıqlanan rəqəmlərə görə, bu ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 987 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0.1 faiz artım deməkdir. Başqa deyimlə, demək olar, ötən illə müqayisədə ÜDM-də heç bir artım baş verməyib. Ötən ilin eyni zaman dilimində ÜDM bir öncəki illə müqayisədə 7.2 faiz artmışdı.
Azərbaycanda ÜDM-in formalaşmasında əsas pay sənaye sahəsinə məxsusdur. Bu ilin ötən müddətində ÜDM-in 46.8 faizi məhz sənaye sahəsində formalaşıb. ÜDM həcminin ötən illə müqayisədə ciddi artmaması da elə sənaye sahəsində ÜDM istehsalının 2022-ci illə müqayisədə azalmasından qaynaqlanır. Belə ki, DSK-nın birinci rüblə bağlı hesabatından bəlli olur ki, sənayenin ən önəmli sahəsi sayılan mədənçıxarmada ÜDM istehsalı ötən illə müqayisədə 4.5 faiz azalıb. Ötən illə müqayisədə ÜDM istehsalının ən çox artdığı sahə isə tikinti sektorudur. Bu sektorda yaradılan ÜDM-də 32.6 faiz artım qeydə alınıb.
ÜDM-dəki dəyişiklikləri neft və qeyri-neft sektoru üzrə gözdən keçirərkən aydın olur ki, bu ilin birinci rübü ərzində neft-qaz sektoru üzrə ÜDM 3.9 faiz azalıb. Qeyri-neft sektorunda isə ÜDM 4.9 faiz artıb. Neft-qaz sektorundakı azalma daha çox neft məhsulları istehsalının azalmasından qaynaqlanıb. Bu ilin ilk rübündə xam neft istehsalı 7.5 faiz aşağı düşüb. Eyni dövrdə təbii qaz istehsalı 3 faiz artıb.
Neft hasilatı azalıb
Energetika Nazirliyinin açıqladığı göstəricilərdən görünür ki, ötən illə müqayisədə bu il Azərbaycanda neft hasilatı aşağı düşüb. 2022-ci ilin ilk dörd ayı ərzində ölkədə 11.1 milyon ton neft çıxarılmışdı. Bu ilin eyni dövründə həmin rəqəm 10.2 milyon tona düşüb. Başqa deyimlə, 2023-cü ildə neft hasilatı 8.1 faiz azalıb. Bu baxımdan, ÜDM-in artım tempinin aşağı düşməsinin əsas səbəblərindən biri ölkədə neft hasilatının azalmasıdır. Axı Azərbaycan iqtisadiyyatı neft sektorundan kəskin asılıdır. Bu asılılıq üzündən, həmin sahədəki azalma ölkənin bütün makroiqtisadi göstəricilərini aşağı salır. İqtisadiyyatın neft sektorundan asılılığı bu qədər yüksək olmasaydı, təkcə bir sahədə baş verən dəyişikliklər ölkənin bütün iqtisadi göstəricilərinə bu dərəcədə risk yaratmazdı. Apreldə Azərbaycanda gündəlik neft hasilatı 626 min barel olub. "OPEC plus" əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir. Başqa sözlə, apreldə ölkədə günlük neft hasilatı kvota ilə müqayisədə 58 min ton az olub.
Təbii qaz hasilatı isə, əksinə, son bir ildə artım göstərib. Ötən ilin ilk dörd ayı ərzində Azərbaycanda 15.7 milyard kubmetr qaz hasil edilmişdi. Bu il həmin rəqəm 16.2 milyard kubmetrə yüksələrək 3.2 faiz artıb.
İxrac da azalıb
Dövlət Gömrük Komitəsinin açıqladığı bilgilərdən aydın olur ki, xarici ticarətlə bağlı göstəricilər də ötən ilin ilk üç ayı ilə müqayisədə geriləyib. Bu ilin ilk üç ayında Azərbaycanın toplam ixracı 7 milyard 741 milyon dollar olub. Ötən il eyni göstərici 7 milyard 981 milyon dollar idi. Deməli, bu il Azərbaycanın əldə etdiyi ixrac gəlirləri ötən illə müqayisədə 240 milyon dollar və ya 3 faiz az olub. İxracda qeydə alınan azalmanın əsas səbəbi elə enerji gəlirlərinin azalmasıdır. Azərbaycan 2023-cü ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 400 milyon dollardan daha az gəlir götürüb.
İxracın azalması ilə yanaşı, idxalın artması da diqqət çəkir. Açıqlanan göstəricilərdən bəlli olur ki, bu ilin ilk rübündə Azərbaycanın idxalında kəskin artım qeydə alınıb. İlk üç ayda Azərbaycan toplam 4 milyard 30 milyon dollar dəyərində idxal gerçəkləşdirib. Ötən ilin eyni zaman dilimində bu rəqəm 2 milyard 927 milyon dollar idi. Deməli, 2023-cü ildə Azərbaycan xarici ölkələrdən ötən illə müqayisədə 1 milyard 100 milyon dollar və ya 38 faiz daha çox idxal həyata keçirib. İxracın azalması ilə yanaşı, idxalın artması Azərbaycanın xarici ticarət balansının saldosunu aşağı salıb. Ötən il Azərbaycanın ixracı onun idxalını 5 milyard 54 milyon dollar üstələyirdi. Bu ilsə eyni göstərici 3 milyard 711 milyon dollardır. Başqa deyimlə, ixrac 36 faiz azalıb.
İnflyasiya hələ də yüksəkdir
Ümumi daxili məhsul və ixracla yanaşı, inflyasiya göstəriciləri də ürək açmır. DSK-nın açıqlamasına görə, bu ilin yanvar-aprel aylarında ölkədə inflyasiya 13.5 faiz olub. Bu, Mərkəzi Bankın inflyasiya hədəfindən (2-6 faiz) iki dəfədən çox yüksək göstərici deməkdir. 2022-ci ilin yanvarından bəri artıq ard-arda 16 aydır ki, ikirəqəmli inflyasiya qeydə alınır. Bu da ölkədə bahalaşmanın hələ də ciddi problem doğurduğunu göstərir. Xərclərin ən böyük bölümünü tutan qida məhsulları üzrə inflyasiya daha yüksək - 17.2 faizdir. Beləcə, açıqlanan göstəricilərdən aydın olur ki, 2023-cü ildə Azərbaycanda nə ÜDM, nə ixrac, nə də inflyasiya ilə bağlı göstəricilər ürəkaçandır.
Azadlıq Radiosu
Son bir ildə Azərbaycan iqtisadiyyatı yerində sayıb