Hizbullahın İstanbuldakı terror aksiyasına reaksiyası

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatı verdiyi bəyanatda İstanbulda törədilən son terror aktını qətiyyətlə pisləyib.

Livan Hizbullah Hərəkatı verdiyi açıqlamada: “İstanbulda çox sayda mülki şəxsin ölümü və yaralanmasına səbəb olan terror aktını şiddətlə qınayırıq. Dünyanın heç bir ölkəsinin təhlükələrdən sığortalanmadığı bu cinayətkar və terror qruplaşmalarına qarşı aktiv fəaliyyət göstərmək, qətiyyətli və vahid mövqedən çıxış etmək istəyirik”.

Xatırladaq ki, noyabrın 13-ü bazar günü axşam İstanbulun Taksim meydanında baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.