Operativtv.com türk mediasına istinadən xəbər verir ki, fanatik yəhudi mühacirlər işğalçı sionist İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın ediblər. Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərə görə, məskunlaşmış yəhudilər işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidinə basqın edərək, Hərəmin Əl-Əsbat və Kattanin qapıları qarşısında mərasim təşkil ediblər. Bundan əlavə, mühacirlər basqın zamanı Hərəmi Şərifdə fələstinliləri təxribata çəkməyə çalışıblar.
Xatırladaq ki, İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən, Məscidül-Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir. Lakin 2003-cü ildən Administrasiyanın icazəsi olmadan İsrailin birtərəfli qərarı polisin müşayiəti ilə yəhudilər müqəddəs ziyarətgaha daxil olurlar. Bu girişləri basqın olaraq xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.
Fanatik yəhudilər Əl-Əqsa məscidinə basqın etdilər