"İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur".
Bu barədə "Report"xəbər verib.
Məlumatına görə,Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib.
"Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir. Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", - deyə o qeyd edib.
XİN: "İsrail dronları İraq və İrana hücum üçün Azərbaycana gətirilməyib"
Oxşar xəbərlər