Azərbaycan internetin sürətinə görə son iki ildə 33 pillə geriləyib”.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz məlumat verib. O bildirib ki, İngiltərənin kifayət qədər nüfuzlu "Cable” araşdırma qurumu (cable.co.uk) yüksəksürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb:
"Qurum 12 ay ərzində 208 ölkə arasında aparılan milyonlarla test nəticəsində toplanan materialları təhlil etməklə bu statistikanı açıqlayıb. Bildirim ki, "Cable” araşdırmanı apararkən "Google”, "PanetLab” və digər bu tip tanınmış qurumlarla əməkdaşlıq edir”.
Ekspert dünya üzrə internetin sürəti ilə bağlı reytinq cədvəlindən bəzi ölkələr üzrə nəticələr barədə də məlumat verib:
1. Tayvan , 85 mb/s,
2. Sinqapur 70 mb/s,
3. Estoniya 31 mb/s,
4. Polşa 24 mb/s,
5. Belarus 13 mb/s,
6. Ukrayna 7.7 mb/s,
7. Gürcüstan 7 mb/s,
8. Türkiyə 5 mb/s,
9. Ermənistan 4.8 mb/s,
10. Qazaxstan 4.6 mb/s,
11. İran 4.3 mb/s,
12. Zambiya 3.1 mb/s,
13. Azərbaycan 3.1 mb/s,
14. Zimbabve 2.7 mb/s,
15. Qırğızıstan 2.5mb/s,
16. Özbəkistan 1.3 mb/s,
17. Türkmənistan 0.7 mb/s”.
Osman Gündüz qeyd edib ki, 2019-cu ildə dünya üzrə orta sürət 11 mb/s (2018-ci ildə orta sürət 9 mb/s olub) göstərilib: "Bu cədvəldən görünür ki, Azərbaycan 208 ölkə arasında 142-ci yeri (2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub) tutub. Yəni, ölkəmiz internet sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib.
Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə aşağıdır. Əlbəttə, hər bir Reytinq Cədvəlində subyektivlik ola bilir. Amma nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurum hesab olunur, həmçinin onun ciddi tərəfdaşları var. Onun nəticələri İT (İnformasiya Texnologiyaları) sahəsinin qlobal oyunçuları tərəfindən qəbul edilir”.
Dünya ölkələrində internetin sürəti: "Azərbaycan 33 pillə geriləyib"
Oxşar xəbərlər