Azərbaycanın dövlət büdcəsinin gəlirləri üzrə neft sektorundan daxilolmalar 2018-ci ildə 13 400,5 mln. manat olub, bu da 2017-ci illə müqayisədə 5 516,5 mln. manat və ya 70% çoxdur.
ONA-nın məlumatına görə, bu, “Azərbaycanın 2018-ci il dövlət büdcəsinin icrası barədə” qanun layihəsində öz əksini tapıb.
Artım əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləğinin artırılması hesabına olub.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 4 974 mln. manatı və ya 67,1% qeyri-neft sektorunun, 2 441,5 mln. manatı və ya 32,9% neft sektorunun payına düşmüşdü. Neft sektoru üzrə daxilolmaların 58,4% və ya 1 425,1 mln. manatı SOCAR-ın, 41,6% və ya 1 016,4 mln. manatını isə neft-qaz sahəsində pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.
Dövlət büdcəsinə neft sektorundan daxilolmalar 70% artıb

Oxşar xəbərlər