"Baş Prokurorluq mənə xəbərdarlıq edib və mən buna görə məhkəməyə vermək niyyətindəyəm".
Bunu mayın 13-ü hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
Mayın 13-ü hüquq müdafiəçisi Oqtay Gülalıyev səbəbi izah edilmədən Baş Prokurorluğa dəvət olunub.
Hüquq müdafiəçisi bildirib ki, prokurorluqda 3 saata yaxın olub və onu Baş Prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib: "Mənə bildirilib ki, işgəncələrlə bağlı yazılarımda vətəndaş itaətsizliyə çağırış var və mən işgəncələrlə bağlı məlumatları yaymağa davam etsəm mənə qarşı cinayət işini açacaqlar. Təəssüflər ki, işgəncə faktları ictimailəşdirdiyimə görə insanlara işgəncə verən şəxslərin əməllərini araşdırmaq əvəzinə mənə xəbərdarlıq ediblər".
Xəbərdarlıqla razılaşmayan hüquq müdafiəçisi onu absurd adlandırdı və Respublika Prokurorluğunu ölkədə baş verən işgəncələr faktlarını araşdırmağa və bunu törədən vəzifəli şəxslərlə bağlı ölçü götürməyi çağırıb.
Azadliq.org
Oqtay Gülalıyev Baş Prokurorluğu məhkəməyə vermək niyyətindədir
Oxşar xəbərlər