Türkiyədə məktəbdə partlayış baş verib

Türkiyənin İstanbul şəhərinin məktəblərinin birində partlayış baş verib. Bu barədə yerli KİV yazıb. 

Məlumatda bildirilir ki, partlayış kimiya dərsində sınaqların keçirilməsi zamanı baş verib. Müəllim müxtəlif dərəcəli xəsarətlə yerli xəstəxanaya yerləşdirilib. 

Həmçinin məlumatda qeyd edilir ki, bütün şagirdlər evakuasiya edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.