Azərbaycanda gənclərin sayı 462 min nəfər azalıb.
Bu, ötən illə müqayisədə 25 faiz az deməkdir.
Məlumatı Dövlət Statistika Komitəsi yayıb .
Məlumatda bildirilir ki, 2011-ci ildən başlayaraq 2019-cu ilin əvvəlinədək ötən dövrdə 15-19 yaş qrupuna daxil olan gənclərin sayı 228,1 min nəfər və ya 26 faiz, 20-24 yaş qrupuna daxil olan gənclərin sayı isə 183,4 min nəfər və ya 19 faiz azalıb. Bu iki yaş qrupu (15-24) üzrə ümumi azalma 411,5 min nəfər və ya 23 faiz təşkil edir.
Azərbaycanda gənclərin sayı azalıb
Oxşar xəbərlər