Nazir oruc tutan avtobus sürücülərinin işdən çıxarılmasını tələb etdi

Danimarkanın Miqrasiya və İnteqrasiya naziri İnger Stojberg yerli mətbuata açıqlamasında oruc tutan sərnişin avtobuslarının sürücülərinin Ramazan ayı boyunca işə gəlməməsini təklif edib.

Nazir bunu inanclı sürücülərin 18 saat ac və susuz qaldıqları halda hər an qəza törədə biləcəkləri ehtimalı ilə müqayisə edib: "Açığı bir müsəlmanın Danimarka kimi modern bir ölkənin cəmiyyətində Ramazan ayında oruc tutmasının mənfi nəticələrinin qarşısının alınmasından ötrü indidən bunun üzərinə düşməyi tövsiyyə edirəm. Mən danimarkalı müsəlmanların dinlərinin əllərindən alınmasını deyil, Ramazan ayında oruc tutqları üçün ən azından bir aylıq işlərindən icazə almalarını tövsiyyə edirəm".

"Danimarka əhalisinin nəqliyyat vasitələrində təhlükəsizliyinə xidmət etmək üçün mən sərnişin avtobusu sürücülərinin Ramazan ayında işlərindən kənarlaşdırılmasını istəyirəm. Biz hamımız xalqa xidmət edirik, xalqın təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir", - deyə qalmaqallı açıqlama verən nazir deyib.

Danimarka hökümətindən isə məsələyə rəsmi reaksiya verilib. Rəsmi reaksiyada deyilir ki, hər hansı nazirin şəxsi fikri dövlətin adından deyilə bilməz: "Nazirin oruc tutan sürücülərlə bağlı çıxışı onun öz şəxsi fikridir. Bu, hökümətin mövqeyi ilə üst-üstə düşməyə bilər".

İnterpress.az