Musəvi: Tehran və Bakı liderləri Zəngəzur dəhlizini deyil, Araz Dəhlizi layihəsini vurğulayırlar

 İranın Azərbaycandakı səfiri iki ölkə liderlərinin Araz Dəhlizi layihəsini haqqında: “İki ölkə liderləri son görüşlərində Araz Dəhlizinin yaradılması və tikintisi ilə bağlı sazişin həyata keçirilməsini vurğuladılar. Azərbaycanın 500 milyon dollarlıq sərmayəsi ilə dəmir yolu əlaqəsini həyata keçirir” söyləyib.

Abbas Musəvi Araz Dəhlizi ilə bağlı ixtisaslaşdırılmış iclasda İran və Azərbaycan münasibətlərində yeni dövrün şahidi olduğunu deyib və: “Hökumətlər əlaqələrin hərtərəfli inkişafını və Araz Dəhlizi Sazişinin həyata keçirilməsinə israrlıdırlar.  Bu gün biz yeni Qafqazla üz-üzəyik və biz Cənubi Qafqazı dünyanın tranzit və ticarət boğazına çevirəcək bu yeni mühitdə fəal rol oynamağa çalışmalıyıq.

Qarabağın tamamilə Azərbaycana birləşdirilməsindən sonra Qafqazda sülh və atəşkəslə bağlı müxtəlif diskussiyalar gündəmə gəlir. Bu arada qərb ölkələri öz yalançı rəvayətlərinə əsaslanaraq İranı bu regionun tənliklərindən çıxarmaq məsələsini irəli sürdülər, lakin müxtəlif səviyyələrdə görülən bir çox hərəkətlərlə bu məsələ gündəmdən çıxarıldı.

Hər kəs qəbul edir ki, Zəngəzur dəhlizi kimi diskurslar hazırda şahidi olduğumuz regional və beynəlxalq reaksiyalarla həyata keçirilə bilməz. Bu kontekstdə iki ölkə arasında Araz Dəhlizinin yaradılması ilə bağlı razılaşma böyük fürsətdir. Bu layihəni həyata keçirmək, milli və regional səviyyədə maksimum konsensus yaratmaq üçün milli və hətta beynəlxalq perspektivə malik olmalıyıq.

Araz Dəhlizi hər iki ölkənin liderlərinin vurğuladığı məsələdir. Son danışıqlarda iki ölkə liderləri Araz Dəhlizinin yaradılmasına dair sazişin həyata keçirilməsini vurğuladılar və Azərbaycan Prezidenti Ağbənd-Kəlalə körpüsü layihəsinin həyata keçirilməsi üçün 8 milyon dollar vəsaitin ayrılması barədə göstəriş verdi. Gələcəkdə Azərbaycanın 500 milyon dollarlıq sərmayəsi ilə dəmir yolu əlaqəsi də həyata keçiriləcək.

Bu yaxınlarda Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinə səfərlərim zamanı bu iki vilayətin əksər hörmətli şəxsləri və yüksək vəzifəli şəxsləri ilə görüşdüm. Diqqət etməliyik ki, bu gün İran və Azərbaycan arasında münaqişə və ayrılığa doğru yüksələn hər bir səs dost səsi deyil və xoş niyyətli deyil. Azərbaycan hökuməti və xalqı ilə birgə əməkdaşlığı maksimum dərəcədə artırmaq üçün yaradılan imkanlardan istifadə etməliyik” deyib.