"Mən dəfələrlə Elinanın intihar edə biləcəyi haqqında direktora məlumat versəm də, o mənə özümüz bilərik cavabını verib" - 162 saylı məktəbin psixoloqu - Video

Bu gün Səbail rayon məhkəməsində Elina Hacıyevanın intiharı hadisəsinə görə təqsirləndirilən Sevinc Abbasovanın məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib. Məhkəmədə 162 saylı məktəbin psixoloqu Könül Ağayeva ifadə verib. O, vurğulayıb ki, məktəbdə 2018-ci.ilin oktyabr ayından psixoloq vəzifəsində işləyir. Onun orada ayrıca otağı olmayıb və uşaqlarla konfidensial ünsiyyət qura bilməyib. Ağayeva bildirib ki, Elina boğazını lezva ilə kəsəndə o, direktora polisin çağırmasi ilə müraciət edib, lakin polis çağırılmayib. İfadə verən yetkinlik yaşına çatmayan R., T., Y. qeyd ediblər ki, Elinanı heç kim incitmirdi. Z. adlı şagird ifadə edib ki, Elina daim başqa uşaqlar tərəfindən qısnamaya və təzyiqlərə məruz qalıb, dəfələrlə ağlayıb.