Azərbaycan Respublikasının Prezidenti təşkilatlarda çalışan işçilərin maaşının artması ilə bağlı sərəncam imzalayıb.
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılacağı bildirilir.
Maaşı artacaq olan təşkilatlar bunlardır:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;
2. Heydər Əliyev Mərkəzi;
3. "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
4. Azərbaycanda Atatürk Mərkəzi;
5. Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
6. Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
8. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
9. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
10. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
11. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.
Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək.
Minimum aylıq əməkhaqqı artırılacaq təşkilatlar - SİYAHI
Oxşar xəbərlər