Minimum aylıq əməkhaqqı 180 manat olacaq

Prezident İlham Əliyev fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam verib.
 
AZƏRTAC-ın xəbərinə görə, bununla "Minimum aylıq əməkhaqqının artırılması haqqında” prezidentinin 2017-ci il dekabrın 25-də verdiyi sərəncama dəyişiklik edilib.
 
Yeni sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
 
Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.