Operativtv.com Turan-a istinadən xəbər verir ki, iyulun 18-də Nərimanov Rayon Məhkəməsi Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirlinin barəsində qətimkan tədbirinin dəyişdirilməsilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavanşir Seyidov bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Ertəsi gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bəydəmirli ittihamı rədd edərək onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kəndi yaxınlığındakı qızıl emalı zavodunun ətraf mühiti çirkləndirməsilə bağlı sakinlərin etirazları ilə əlaqədar çıxışlarıdır.
Hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəalları da Nazim Bəydəmirlinin həbsini siyasi motivli hesab edirlər, məqsəd Söyüdlü kənd sakinlərinin tələblərini dəstəklədiyinə görə onu cəzalandırmaqdır.
Məhkəmə keçmiş deputatı həbsdə saxlayıb