MBH ailəsinin daha bir üzvü Rövşən Əliyevə hökm oxunub

Müsəlman Birliyi Hərəkatının üzvü, inanclı Rövşən Əliyevin məhkəməsi yekunlaşıb. Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyi ilə baş tutan iclas Bilgəh qəsəbəsində narkotiklərə qarşı mübarizə aparan inanclını şərləyərək elə narkotiklərlə bağlı ittiham edib. Məhkəmə Rövşən Əliyev barəsində CM-nin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürsə də, prossesin gedişi zamanı yetərli sübutlar olmaması səbəbindən maddə 234.1-1-ə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edilib. Hakim narkomaniyaya qarşı mübarizə aparan inanclını 3 il müddətinə azadlıqdan mərhum edilib.
Xatırladaq ki, ictimai fəal Rövşən Əliyev bu il may ayının 12-də saxlanılmış və barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. Eyni halda Rövşən Əliyev bu ilin yanvarında “20 yanvar yürüşü” zamanı saxlanılan 6 hərəkat üzvündən biridir. Onların hər biri 30 sutka inzibatı cəza almışdılar.
2023-cü ilin gəlişi ilə inanclıların kütləvi həbsləri gerçəkləşən gündəmdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi səbəb olaraq göstərilir. Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-dən artıqdır.