London polisi bəyan edib ki, aksiya zamanı “qadağan olunmuş təşkilatı dəstəkləmək” ittihamı ilə 175 nəfər həbs edilib. Bundan əlavə, altı nəfər də Vestminster körpüsündə “Fələstin üçün Hərəkət qrupu”nu dəstəkləyən banner asdıqlarına görə məsuliyyətə cəlb olunub. London polisinin rəisi Mark Rouli bu addımı müdafiə edərək bildirib ki, aksiyanın vaxtı və verdiyi mesaj “istər bilərəkdən, istərsə də bilməyərəkdən antisemitizm riskini gücləndirə bilər”. Onun sözlərinə görə, hazırkı şəraitdə ictimai təhlükəsizliyi qorumaq üçün polis qətiyyətli addımlar atmalıdır.
Xatırladaq ki, Fələstin tərəfdarları, sionist rejiminin Fələstin xalqına qarşı törətdiyi cinayətlərə etirazlarını davam etdirərək, şənbə günü Londonda etiraz aksiyası keçirib.
Londonda İsrail əleyhinə etirazlarda 175 nəfər saxlanıldı
Britaniyada Fələstini dəstəkləyən genişmiqyaslı etiraz aksiyası zamanı sərt təhlükəsizlik qanunları çərçivəsində 175 nəfər polis tərəfindən saxlanılıb. Bu addım ölkədə söz azadlığı ilə siyasi məhdudiyyətlər arasında yeni mübahisələrə səbəb olub.