Əl-Əzhər Universitetinin professoru Ukrayna ordusunun Quranı təhqir etməsini pisləyib

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Misirin Əl-Əzhər Universitetinin professoru Şeyx Əli Mətiə bir çox Ukrayna əsgərinin Quranı təhqir edən hərəkətinə reaksiya verib və bu hərəkəti faşist və məsuliyyətsiz hərəkət kimi qiymətləndirərək pisləyib.

Şeyx Əli Məti əl-Məyadin kanalına verdiyi müsahibədə bu sözləri deyib: “Əl-Əzhər dəfələrlə Quran nüsxələrinin yandırılmasına icazə verən ölkələrə qarşı sanksiyalar tətbiq edilməsini istəyib. Ukrayna ordusunun Quran nüsxələrini yandırması düşmənçilik, faşist, məsuliyyətsiz hərəkətdir və ilahi nuru söndürmək cəhdidir, lakin Allah kafirlər istəməsə belə, onun nurunu tamamlayacağına söz verib.

Bu, heç bir dinin, ağlın və məntiqin qəbul etməyəcəyi bir davranışdır. Yayımlanan videonun məzmunu düzgündürsə, hansı ölkə tərəfindən hazırlandığının fərqi yoxdur, bu, özlüyündə rədd edilmiş bir hərəkətdir. Əl-Əzhər daha əvvəl İsveç və Danimarkada baş verən oxşar hadisələrdə bu ölkələrə qarşı sanksiyaların tətbiq edilməsini və onlara qarşı qətiyyətli mövqe nümayiş etdirilməsini tələb etmişdi.”

Xatırladaq ki, Ukraynanın neonasist əsgərlərinin güllələrini donuz piyinə batıraraq “Müsəlman çeçenləri bunlarla vuracağıq” deməsi sosial mediada reaksiya doğurmuşdu. İki gün əvvəl bu hadisədən sonra Ukrayna əsgərlərinin Qurandan kəsmə taxtası kimi istifadə etməsi və Quranın üzərində piy kəsməsinin görüntüləri Tik Tok sosial şəbəkəsində yerləşdirilib.