İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) hərəminin dəstəyi ilə xərçəng xəstəliyinin müalicəsi məqsədilə onkoloji mərkəz tikilir.
"imamhussain.org" saytına istinadən xəbər verilir ki, “Xeyratul-Sibtəyn” şirkətinin mühəndisi Məhəmməd Tahir deyib ki, hazırda mərkəzin tikinti işlərinin 60 faizi yekunlaşıb. “Onkoloji mərkəz dünyanın ən yeni və ən yaxşı tibb avadanlıqları ilə təchiz olunacaq.”
O bildiirb ki, onkoloji mərkəz 3 hektar ərazidə tikilir. “Mərkəz 3 ayrı binadan ibarətdir. 1-ci binada topikal radioterapiya, kemoterapiya, şüa diaqnozu, təcili yardım xidməti, əczaçılıq və laboratoriya xidmətləri göstəriləcək. 2-ci binada tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulub, eləcədə bu binada kilinklər yerləşəcək. 3 –cü bina 4 mərtəbəli binadır ki, orada xəstələrin yerləşdirimləsi və müalicəsi nəzərdə tutulur.”
Qeyd edək ki, İmam Hüseynin (ə) hərəmi bir çox tibb mərkəzi və xəstəxana tikib ki, onlardan Xatəmül-Ənbiya (s) adına ürək və damar xəstəlikləri xəstəxanasını, İmam Zeynəl-abdin (ə) adına xəstəxana və digərlərini göstərmək olar.
Kərbəlada ən böyük onkoloji mərkəz tikilir
Oxşar xəbərlər