Kobaxidze: İvanişvili Amerika nümayəndələri ilə görüşdən imtina edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Amerika nümayəndələrinin  görüş istəməsinə İvanişvili rədd cavabı verib.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlama verib.

“Cənab Bidzina İvanişvili səbəbləri çox aydın şəkildə izah etdi və bu səbəblər birbaşa amerikalı tərəfdaşlarımıza izah edildi. Bu izahatların nə dərəcədə ictimailəşə biləcəyinə gəlincə, bu, Bidzina İvanişvili və amerikalı tərəfdaşlarımızdan asılıdır. Əgər bunun ictimailəşdirilməsi gündəmdədirsə, müvafiq tərəflər bu qərarı verəcəklər”, – deyə Kobaxidze bildirib.