Kılıçdaroğluna cinayət işi açıldı - Ərdoğanı təhqir etdiyi üçün

Sosial şəbəkədəki səhifəsindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı karikatura paylaşan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğluna qarşı cinayət işi açılıb.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, CHP lideri Tvitter hesabında “Tayyipler aləmi” paylaşımı etdiyi üçün Ankara Respublika Baş prokurorluğu tərəfindən istintaq başladılıb.

Cinayət işi çərçivəsində toxunulmazlığı ləğv olunarsa, Kılıçdaroğlu 1 il 2 aydan 4 il 8 aya qədər həbs cəzasına məhkum edilə bilər.