İyun ayında 14 gün iş olmayacaq

İyun ayının qeyri-iş günləri müəyyənləşib.
 
5-6 iyun Ramazan bayramı, 15 iyun Milli Qurtuluş Günü və 26 iyun Silahlı Qüvvələr Günü olduğundan qeyri-iş günüdür. İyunun 15-i şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən 17 iyun qeyri-iş günü olacaq.
 
İyun ayında 10 gün şənbə və bazar günlərinə (1, 2, 8, 9, 15, 16, 22, 23, 29, 30 iyun) təsadüf edəcək. Bu isə beşgünlük iş həftəsində çalışanlar üçün 14 istirahət gününün olması deməkdir.