İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə gələcək

İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasın gələn həftə Türkiyəyə səfər edəcəyi açıqlanıb.

Rabitə Müdirliyindən verilən məlumata görə, prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə gələcək liderlərin aktual, regional və qlobal mövzularda fikir mübadiləsi aparacaqları bildirilib.

Fələstin prezidenti Mahmud Abbasın iyulun 25-də Türkiyəyə səfəri zamanı prezident Ərdoğanla rəsmi görüşlərdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsində son vəziyyət və digər aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Türkiyə ilə Fələstin Dövləti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar da görüşün gündəmində olacaq.

Prezident Ərdoğan iyulun 28-də İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə İsrail arasında ikitərəfli münasibətlər bütün ölçüləri ilə nəzərdən keçiriləcək əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlər zamanı cari, regional və beynəlxalq məsələlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.