Operativtv Az.shafaqna-ya istinadən verdiyi məlumata görə, İsrailin pilotsuz uçuş aparatının Qəzza sektorunun mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsindəki yaşayış evinə hücumu nəticəsində bir fələstinli həlak olub, iki nəfər isə yaralanıb.
Məlumatda həmçinin bildirilir ki, Qəzza sektorunun cənubunda, Xan Yunis şəhərinin şərqində humanitar yardım daşıyan avtomobil kolonuna hava zərbəsi nəticəsində daha doqquz nəfər həyatını itirib. Həmçinin yaralıların olduğu bildirilib, lakin onların sayı dəqiqləşdirilməyib.
Digər məlumata görə, İsrail qüvvələri Qəzzanın şimalında yerləşən Kamal Advan Xəstəxanasına hücum edib, nəticədə bir uşaq ağır yaralanıb və xəstəxananın uşaq bölməsinə ciddi ziyan dəyib. Eyni zamanda, İsrailə məxsus pilotsuz uçuş aparatı yaxınlıqdakı İndoneziya Xəstəxanasının qapı və divarlarına da atəş açıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail qüvvələrinin cənubi Livanda bir səhiyyə mərkəzinə basqın edib iki tibb işçisini öldürməsindən sonra tibb işçilərinin qorunması üçün çağırışını bir daha təkrarlayıb.
İsraildən humanitar yardım daşıyan avtomobil kolonuna hava zərbəsi: Ölənlər var