İsraildə yenidən etirazlar başlayıb

İsraildə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumət tərəfindən aparılan məhkəmə islahatlarına qarşı yeni kütləvi etiraz dalğası ölkənin bir çox şəhərlərində baş verib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, ən böyük aksiya ənənəvi olaraq Təl-Əvivin şərqindəki hökumət binaları kompleksi ərazisində keçirilib, 

Mitinq bir neçə saat əvvəl İordan çayının qərb sahilində Fələstinin Huvara kəndində öldürülən iki israillinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mitinqdə çıxış edənlər yalnız qadınlar olub. Təşkilatçılar bu qərarı liberal müxalifətin hesablamalarına görə, pravoslav yəhudilərin əhalinin qadın yarısının nümayəndələrinə daha tez-tez hücumları fonunda qəbul ediblər.