İraqın Müqaviməti: İsraildə həssas nöqtəni vurduq

İraq müqaviməti Ölü dəniz sahilində İsrailə aid həssas nöqtəni hədəf aldıqlarını bildirib.

Ərəb mediasının məlumatına görə, “İraqda İslami Müqavimət” qruplaşması Qəzzaya hücumlara cavab olaraq Ölü dəniz sahillərində İsrailin həssas nöqtəsini hədəf aldıqlarını bildirib.

Sözügedən qrup həmçinin “Qəzzadakı hücumlara cavab olaraq” İsrailin əsas dəstəkçisi olan ABŞ-ın İraq və Suriyadakı bazalarına da tez-tez hücum edir.