İrandakı səfirliyimizə hücum etmiş şəxs barəsində edam hökmü verildi

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadə barəsində edam hökmü çıxarılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb. 

Qeyd edək ki, ötən il yanvarın 27-də İran vətəndaşı Yasin Hüseynzadə Azərbaycanın Tehrandakı Səfirliyində terror aktı törədib. Hadisə nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb.