Oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı İlqar Rəcovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Uzun zamandan sonra baş tutan iclasda şahidlər dindirilib. Şahidlərdən biri (polis) evdə axtarış zamanı sənədlər, dini kitablar və şəkillər götürüldüyünü bildirib.
Polis əməkdaşı olan digər şahid heç nəyi xatırlamadığını və ilkin ifadəsini təsdiqlədiyini bildirib. Müttəhimin vəkili Elçin Sadıqov və ruhaninin suallarını cavablandırmasına isə hakim icazə verməyib. Vəkili hakimin şahidlərə suallar verməyə icazə vermədiyi üçün yazılı etiraz edib.
Fasilədən sonra davam edən məhkəmə prosesində üçüncü şahid dindirilib. O, evdə axtarış zamanı hal şahidi kimi iştirak etmək üçün küçədən, polis tərəfindən hadisə yerinə dəvət edildiyini bildirib və ruhanini tanımadığını qeyd edib.
Növbəti məhkəmə iclası oktyabr ayının 16-ı saat 17:20-ə təyin olunub.
Qeyd edək ki, Ruhani Hacı İlqar Rəcov 2023-cü ilin fevral ayının 1-də saxlanılıb. O, ölkədə inanclıların kütləvi həpsləri fonunda narkotiklərlə bağlı saxta ittiham edilir.
İlahiyyatçı Hacı İlqar Rəcovun məhkəməsi keçirilib