İğdırda İmam Mehdi (ə.f) mövludu qeyd edilib

İmam Mehdinin (ə.f) mübarək mövludu münasibətilə İğdır Alulbeyt Mədəniyyət Mərkəzində xüsusi bayram tədbiri keçirilib.

Tədbir mərkəzin rəhbəri Dr. Əbəlfəz Koçadağın təşkilatçılığı ilə baş tutub.

Məclisdə İmam Mehdinin (ə.f) mövqeyi, onun gəlişinin mənəvi və ictimai əhəmiyyəti barədə dəyərli söhbətlər edilib. Qonaqlar və iştirakçılar bu mübarək gün münasibətilə dualar edərək, İmamın (ə.f) zühurunun yaxınlaşmasını diləyiblər.

Tədbirin sonunda iştirakçılar üçün ehsan süfrəsi açılıb, birlik və həmrəylik ruhu paylaşılaraq bu mübarək gün coşqu ilə qeyd olunub.