Əhli-beyt məddahı Mehdi Rəsuli Türkiyədədir

İğdırda keçirilən Məhərrəmlik əzadarlığına məşhur Əhli-Beyt (ə) xətibi Mehdi Rəsuli qatılıb. Minlərlə vətəndaşın qatıldığı mərasimdə böyük coşqu yaşanıb.

Kövsər Kültür Mərkəzi və Ehlibeyt Gənclik Dərnəyinin dəvəti ilə Türkiyəyə gələn Türk dünyasının sevilən məddahı Mehdi Rəsuli İstanbul Bağcılarda keçirilən Kərbəla əza mərasimindən sonra İğdıra gedib.

Hava limanında böyük izdiham tərəfindən qarşılanan Mehdi Rəsuli Bələdiyyə Meydanında təşkil edilən Məhərrəm Yas Mərasiminə qatılıb. İğdır Əhli-Beyt Alimləri Dərnəyinin təşkil etdiyi mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb.

Daha sonra İğdır Əhli-Beyt Alimləri Dərnəyinin fəxri sədri Vəli Beder qısa bir çıxış edərək Kərbəla və Hz. Hüseynin (ə) qiyamından danışıb.

Daha sonra kürsüyə dünya şöhrətli və türk dünyasının sevilən Əhli-Beyt (ə) məddahı Mehdi Rəsuli çıxıb. Iğdırlılar Mehdi Rəsuli şüarlarla qarşılayıblar. Bələdiyyə Meydanında keçirilən mərasimə minlərlə Iğdırlı qatılıb. Rəsulli bir saatdan çox səhnədə qalıb.

Proqramdan sonra ığdırlılar Mehdi Rəsulinin qaldığı otelin qarşısına toplaşıb və ona sevgilərini göstərdilər. Rəsuli ona olan sevgini qarşılıqsız qoymayıb və bir çox vətəndaşla foto çəkdirib.

Mehdi Rəsulinin İğdırda iştirak etdiyi yas mərasimi On4 ekranlarında da canlı yayımlanıb. Rəsuli ardınca Qarsda keçiriləcək Məhərrəm Yas mərasiminə qatılacaq.