Həbs həyatı illərlə onun azadlığını məhdudlaşdırsa da, əzəmətini daha da artırdı

Qurani Kərimdə Xaliq insanlığa çağırışla mənəvi, təqva adlı daxili bir gücdən bəhs edər. Təqva kamillik zirvəsi üçün zəruri olduğu kimi, dünya həyatı üçün həqiqi insanlıq ikseridir. Yalnız İlahi təqvaya yiyələnmiş şəxs dünya və axirət həyatında İlahi razılıq əldə etməyə qarantlıdır.

Seyid Fəramiz təqva nuru ilə mənəviyyatını zənginləşdirərək Haqqın təqvalı şəxs söylədiyi həqiqi insanlıq nümunəsi olaraq dünya həyatını baş ucalığı ilə yaşayan şəxslərdən idi. Buna nümunə olaraq o, haqqa dəvətlə yanaşı İslamın müdafiə sərhədlərinin də ləyaqətli əsgəri kimi dinin zərurəti-hicaba qarşı qadağa yaranan zaman bütün gücü ilə etiraz göstərən, bunu başqasından deyil özünün öndərliyi ilə nümunə təqdim edən şəxs kimi həqiqi ruhani modelini öz varlığında təcəlla etdi. 11 il həbs həyatı onun azadlığını məhdudlaşdırsa da, Azərbaycan xalqı üçün əzəmətini daha da artırdı.

Elə buna görə də Seyid Fəramizin ölümü xalqımız üçün böyük itkidir. Biz, bu acıda xalqımıza, başda Seyidin ailəsi olmaqla dərin hüznlə baş sağlığı verir, Allahdan bu dəyərli ruhanimizə rəhmət diləyirik.

 

Hacı Tale Bağırzadə.