Həbs edilən növbəti ilahiyyatçıya hökm oxunub

Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi növbəti iclası yekunlaşdırıb. Belə ki, aprelin 8-də yaşadığı Bakının Binə qəsəbəsindən həbs olunan ilahiyyatçı Hacı Ələddin İbişova hökm oxunub. İlahiyyatçı 50-dən artıq saxlanılan ruhanilərdən biridir ki, o da İran-Azərbaycan arasında gərginlik fonunda həbs olunub. Narkotik ittihamı ilə cinayət işi açılan ilahiyyatçı barəsində CM-nin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürsə də, prossesin gedişi zamanı yetərli sübutlar olmaması səbəbindən maddə 234.1-1-ə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edilib. Bundan sonra ilahiyyatçı 3 il müddətinə azadlıqdan mərhum edilib.