Gürcüstan Parlamenti üç müxalifət partiyasının 49 deputatının səlahiyyətlərini dayandırıb

Gürcüstan Parlamenti üç müxalifət partiyasının 49 üzvünün deputat mandatına vaxtından əvvəl xitam verib.

Dünən keçirilən plenar iclasda məsələ ilə bağlı səsvermə keçirilib.

Müxalifət koalisiyasının 49 üzvünün deputat mandatına vaxtından əvvəl xitam verilməsi bir-bir səsə qoyulub.

Parlamentin qərarı ilə üç müxalifət birliyinin aşağıdakı üzvlərinin deputatlıq səlahiyyətlərinə xitam verilib:

Marika Arevadze, Laşa Bakradze, Tinatin Bokuçava, Saba Buadze, Giorgi Butikaşvili, Qriqol Gegelia, Ana Qoqoladze, Sofio Qoletian, Ana Dolidze, Giorgi Vaşadze, Tengiz Tevzadze, Ketevan Turazaşvili, Giorgi İmedaşvili, Giorgi Kirtadze, Tsotne Koberidze, Maia Kopaleişvili, Tamar Kordzaia, İrakli Kupradze, Tamar Laliaşvili, Giorgi Lemonjava, Nana Malaşxiya, Nikanor Melia, Koba Nakopiya, Ana Natsvlişvili, Ramaz Nikolaişvili, Kaxaber Okriaşvili, Datuna Rakviaşvili, Salome Samadaşvili, Xatuna Samnidze, Levan Samushia, İrakli Pavlenişvili, Ani Kavtaradze, Oktay Kazumov, Boris Kurua, Pikria Çixradze, Petre Tsikarişvili, Levan Tsutskiridze, Giorgi Tsereteli, Ana Tsitlidze, İvane Çkoniya, Levan Xabeişvili, Mamuka Xazaradze, Ekaterine Xerxeulidze, İrakli Xvadagiani, Elene Xoştariya, Badri Caparidze, Qayoz Caparidze, Zurab Girchi Caparidze və Sofio Caparidze.

Xatırladaq ki, üç müxalifət birliyi (“Dəyişiklik üçün Koalisiya – Qvaramiya, Melia, Qirçi, Droa”, “Güclü Gürcüstan – Xalq üçün, Azadlıq üçün Lelo” və “Vahid Milli Hərəkat”) deputatlıq mandatlarına xitam verilməsi üçün bəyanatlar yazıb və parlamentə müraciət ediblər. “Gürcüstan naminə Qaxariya” partiyası rəsmi bəyanat verməsələr də, mandatlarına xitam verilməsini tələb etsələr də, parlamentə daxil olmaqdan imtina edirlər.

 

 

 

 

Az.shafaqna.com