“Günəşli” neft yatağında baş verən faciədən 7 il keçdi

“Günəşli” neft yatağı platformasının cənub bölməsində baş verən faciəsinin ildönümüdür.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, 2015-ci il dekabr ayının 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb.

Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.

Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.