Davam

"Keçmiş həyatını heç vaxt geri qaytara bilməzsən, amma bir kitabın köməyi ilə dünyanın ən böyük alimlərinin ömür boyu əldə etdikləri təcrübəni qazana bilərsən," - deyirdi məşhur fransız filosof Şarl Lui Monteskyö.
Bəli, həqiqətən, yaxşı kitab yolunu azmış, doğru yol arayışında olan fərdlər və cəmiyyətlər üçün bir xəritədir, təcrübədir, nicat gəmisi, xilas düsturudur...
Mənim nəzərimdə, Türkiyənin ən güclü alim və siyasətəçilərindən olan rəhmətlik professor Nəcməddin Ərbakanın yazdığı "DAVAM" da məhz belə kitablardandır.
"Tətbiq olunan yanlış və qeyri-milli siyasətlə ölkəmizi addım-addım İsrailin vilayətinə çevirmək istəyirlər. Hər şey buna xidmət edir", - fikrini böyük yanğı və cəsarətlə hayqıran sabiq Baş nazir Türkiyənin Avropa Birliyinə inteqrasiya siyasətini kəskin tənqid edərək, sionizmin vuran qolu sayılan NATO-dan uzaqlaşmasının və texnoloji cəhətdən inkişaf etmiş İslam Birliyini qurmaq istiqamətində kurs seçməsinin vacibliyini bildirir, təməlində "D-8" ölkələrinin durmasıyla qurulacaq İslam Birliyini həm də bəşəriyyəti xilas edəcək "Adil düzən"in yeganə qurucusu olaraq görürdü...
Bu gün İslam dünyasının öndə olan iki ölkəsi - Türkiyə və İran ətrafında, eləcə də müqəddəs Fələstin torpaqlarında yaşanan son hadisələr bir daha Nəcməddin Ərbakanın nə qədər uzaqgörən, bəsirətli bir insan, alim, siyasətçi olduğunu təsdiqləyir.
Məncə, "demokratiya" anlayışının ABŞ və Avropanın əlində müasir işğal aləti olduğunu 44 günlük Vətən Savaşından sonra daha yaxşı dərk edən və böyük ideoloji boşluq içərisində vurnuxan Azərbaycan cəmiyyəti, xüsusən də siyasətçilərimiz, alimlərimiz üçün də Ərbakanın ideyaları qədər çəkici, cəlbedici heç nə ola bilməz!
Düşüncələrinizi, həyatınızı dəyişəcək, cilalayıb itiləyəcək bu kitabı mütləq tapın, oxuyun!
Çünki yalnız onda biləcəksiniz ki, İslam ölkələrinin birliyi, hərbi-siyasi qüdrətinin artması, öz coğrafiyasına - evinə sahiblik etməsi üçün çalışan hər kəsi səlibçi-sionist ittifaqı niyə öldürür, qətlə yetirir, sıradan çıxarır?!

 

Politoloq Elxan Şükürlü