14 October 2026

MN: Rusiya ordusu Kiyev və Xarkovda enerji infrastrukturu obyektlərinə zərbə endirib

Rusiya ordusu Kiyevdə 4 və 5 saylı İstilik Elektrik Stansiyalarına, eləcə də UKRSIBBANK-ın məlumatların emalı mərkəzinə zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kiyev vilayətində 6 saylı İstilik Elektrik Stansiyası, Tripolskaya İES və Kiyev yarımstansiyası zədələnib.

Zeydi orduya ən yüksək səviyyədə döyüşə hazırlıq əmri verdi

İraq Baş naziri və Silahlı Qüvvələrin Baş Komandanı Əli əz-Zeydi orduya döyüş hazırlığını ən yüksək səviyyəyə qaldırmağı əmr edib.

İraq Baş nazirinin Mətbuat Ofisinin açıqlamasına görə, Zeydi ölkənin təhlükəsizlik vəziyyətini və silahlı qüvvələrin hazırlıq səviyyəsini müzakirə etmək üçün Baş Komandan Ofisinin direktoru, Planlaşdırma Nazirliyinin müşaviri, bəzi müşavirlər və hərbi qüvvə komandirləri ilə görüş keçirib.

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi

Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda ilk qələbəsini əldə edib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Bakı klubu Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib. Qolları 49-cu dəqiqədə Kahim Parris və 88-ci dəqiqədə Coy-Lens Mikels vurublar.

Bu nəticə ilə “Sabah” liqa mərhələsində ilk 3 xalını aktivinə yazdırıb.

Səadət Partiyasının lideri Arıkandan "Hicab" məsələsi ilə bağlı İlham Əliyevə məktub göndərib

Vətən Partiyasının sədri Mahmut Arıkandan Prezident İlham Əliyevə Azərbaycanda hicablı şagirdlərin məktəblərə gəlişinə qadağa ilə bağlı məktub göndərib.

Arıkandan Türkiyə ilə Azərbaycan arasındakı tarixi və mədəni əlaqələrə diqqət çəkib. Azərbaycanın Qarabağdakı qələbəsinin Türkiyədə böyük sevinclə qarşılandığını deyən Arıkandan iki ölkə arasındakı qardaşlığın əhəmiyyətini vurğulayıb.

Türkiyədə “Halk TV”yə qarşı əməliyyat keçirilib, 11 nəfər saxlanılıb, kanala qəyyum təyin edilib

Türkiyədə “Halk TV”nin sahibi Cafer Mahiroğlu ilə bağlı aparılan istintaq çərçivəsində kanalın İstanbul ofisində axtarış keçirilib, 17 şübhəli barəsində saxlanılma qərarı verilib.

NTV xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında “Halk TV”nin İstanbul ofisində axtarış aparıblar.

Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. “Azadlıq Radiosu”nun xəbərinə görə, qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb.

“Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən jurnalistlərin ifadələri yekunlaşıb və budəfəki məhkəmə iclasında şahidlərin dindirilməsinə başlanıb.