13 September 2026

Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb.

Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfər iştirak edir.

Səfər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə həyata keçirilir.

Rusiya gecə ərzində 450-dən çox dron buraxaraq Ukraynanın neft emalı zavodlarına zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində ölkə daxilində 450-dən çox dron hücumu həyata keçirib. Lakin Rusiya rəsmiləri Kiyevin Rusiyanın Tatarıstan bölgəsindəki neft emalı zavodlarını hədəf aldığını bildiriblər.

Rusiya Ukraynanın müxtəlif yerlərinə 453 növ dron göndərib ki, bunlardan 409-u Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib. Lakin yalnız 13 yer vurulub.

İdmançılarımız Dünya Çempionatında gümüş medal qazandılar

İspaniyanın Pamplona şəhərində 11–13 sentyabr tarixlərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəni qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.

Husilər Səudiyyə Ərəbistanında hərbi bazaya zərbə endirib

Husilər bazar günü pilotsuz uçuş aparatları və raketlərdən istifadə etməklə Səudiyyə Ərəbistanının cənubundakı hərbi bazaya hücum etdiklərini bildiriblər.

Bu barədə “Geo Tv” məlumat yayıb.

Husilərin hərbi sözçüsü Yəhya Səri X-də yazıb ki, cənubdakı Şərurə bazasına hücum zamanı silah anbarları, eləcə də komandanlıq və idarəetmə mərkəzləri hədəfə alınıb.

Əməliyyatın hansı tarixdə həyata keçirildiyi açıqlanmayıb.

Uşaqları hədəfə almaq – bir ailəyə deyil, bir nəslin gələcəyinə qarşı repressiyadır

Müsəlman Birliyi Hərəkatının sədri Hacı Tale Bağırzadəyə qarşı illərdir davam edən siyasi təzyiqin onun ailəsinə və azyaşlı övladlarına qədər uzanması artıq repressiyanın yeni və son dərəcə təhlükəli mərhələyə keçdiyini göstərir.

Bu gün söhbət yalnız iki yeniyetmənin cinayət təqibinə məruz qalmasından getmir. Söhbət onların təhsilindən, gələcək peşə seçimindən, xaricdə təhsil almaq imkanından və bütövlükdə həyat yolundan gedir.

İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var

Hörmüz boğazında İranın mülki gəmisinə endirilən zərbə nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə Keşm rayonunun rəhbəri Əmir Teymuri məlumat verib.

"Bu gün səhər saat 5 radələrində ticarət gəmisi Hənqam adası ilə Keşm adasının Şib-Dəraz sahili yaxınlığında zərbəyə məruz qalıb", - deyə o əlavə edib.

APL: “Kəpəz” Gəncədə “Qəbələ”yə qalib gəlib

Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz” Gəncədə “Qəbələ”ni məğlub edib.

Məlumata əsasən, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Viktor Stina vurub.

“Qəbələ” 4 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. 6 xala malik Gəncə klubu isə 6-cı pilləyə yüksəlib.

Bab əl-Məndəb boğazındakı vəziyyət fonunda Almaniyada yanacağın qiyməti kəskin artıb

Bab əl-Məndəb boğazı ətrafında vəziyyətin gərginləşməsi və Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) irəliləməsi fonunda Almaniyanın yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti kəskin artıb.

Bu barədə “Bild” məlumat yayıb.

Nəşrin məlumatına görə, şənbə günü yerli vaxtla saat 12:00-da Almaniya üzrə dizel yanacağının bir litrinin orta qiyməti 2,56 avroya yüksəlib. Bundan əvvəl qiymət təxminən 20 avrosent aşağı olub.